Marneulili kiqboksçu beynəlxalq turnirin çempionu olub
12 mart tarixində Tbilisidə kiqboksinq və qarışıq döyüşlər üzrə turnir keçirilib. Turnirdə Marneulili idmançılar da iştirak ediblər.

Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, Qiorqi Mirzoyan turnirdə uğurla iştirak edib və turnirin çempionu titulunu qazanıb.

“Marneuli İdman Məktəbinin yetirməsi Qiorqi Mirzoyan (şəxsi məşqçisi Kaxa Çkadua) turnirdə mübarizə aparıb. Qiorqi 51 kq çəki dərəcəsində döyüşüb və İranlı idmançı ilə qarşılaşıb.

Üç raundluq gərgin qarşılaşmada rəqibini məğlub edib və turnirin çempionu olub.

Marneuli İdman Məktəbi Qiorqini və onun məşqçisini təbrik edir”,
- Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

Turnirdə Azərbaycan, İran və Türkiyədən idmançılar iştirak ediblər.

Print Email
FaceBook Twitter Google