Tamta Naveriani və Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan çempionatında uğurla çıxış ediblər
12 mart tarixində Tbilisidə gənclər arasında 18 metr məsafəyə oxatma üzrə Gürcüstan çempionatı keçirilib.

Turnirdə Marneuli İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər. Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb və bildirib ki, yarışda Tata Naveriani və Salome Xarşiladze mükafata layiq yer tutublar.

Tamta Naveriani 18 yaşa qədər oxçular arasında (şəxsi məşqçi: Eka Abaişvili) çempion olub.

Salome Xarşiladze 21 yaşa qədər olan kateqoriyada üçüncü yeri tutub (şəxsi məşqçi: Qiorqi Qordeziani)

Yarış „WORLD ARCHERY“ (WA)-nın qaydalarına əsasən keçirilib.

Turnirin çempionuna və mükafatçılarına müvafiq dərəcəli medal, diplom və pul mükafatı verilib.

Turnirdə Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyinin nümayəndəsi Tamar Qurqenidze, Gürcüstan Milli Oxçuluq Federasiyasının prezidenti Simon Nozadze, Gürcüsta Milli Oxçuluq Federasiyasının vitse-prezidenti və Marneuli İdman Məktəbinin direktoru Mamuka Naveriani də iştirak edib.


Print Email
FaceBook Twitter Google