Marneulidə fiziki imkanları məhdud şəxslərə əlil arabaları verildi
Bu gün, 13 mart tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə fiziki imkanları məhdud şəxslərə 15 ədəd əlil arabası təqdim olundu. Əlil arabaları Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Diaspora Dəstək Fondunun dəstəyi ilə verildi.

Təqdimetmə mərasimində Azərbaycan Respublikası Diaspora Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin üzvləri, QHT, müəllimlər, media nümayəndələri, dəvət olunmuş qonaqlar, fiziki imkanları məhdud şəxslər və onların ailə üzləri iştirak edirdilər.

Görüşdə iştirak edən Əkrəm Abdullayev qeyd etdi ki, Azərbaycan hökuməti hər zaman Gürcüstanda yaşayan azərbaycanlılara dəstək olub və olmağa da davam edəcək. O, onu da qeyd etdi ki, bu cür yardımların gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Əlil arabası alan şəxslər onlara göstərdikləri dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, bu gün Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İteqrsasiya Mərkəzinin icraçı direktoru vəzifəsinə yeni rəhbərinin də təqdimatı olub. Həmin vəzifəyə Murad Muradov gətirilib. Muradovdan əvvəl mərkəzin icraçı direkru vəzifəsini Orxan Pirverdiyev icra edirdi. O, öz istəyi ilə həmin vəzifəni tərk edib.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google