Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının
İteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev vəzifəsini
tərk edib.
Onun yerinə Murad Muradov təyin olunub.
Bu gün, 13 mart tarixində “Azərbaycan Evi”ndə baş tutan görüşdə
Orxan Pirverdiyevin özü ictimayətə açıqlama vedi və bildirdi ki, o,
öz istəyi ilə bu vəzifəni tərk edib. O, çıxışında bildirdi ki,
təhsillə bağlı vəzifəsindən istefa verib. Pirverdiyev 2021-ci ilin
24 iyun tarixindən bu vəzifədə çalışırdı.
Orxan Pirverdiyevi əvəz edən Murad Muradovovu ictimayətə Azərbaycan
Respublikası Diaspora Dəstək Fondunun icraçı direktoru Əkrəm
Abdullayev tədim etdi. O, GAİM tərəfindən görülən işləri yüksək
qiymətləndiri. Abdullayev həmçinin yeni layihələrlə bağlı
fikirlərini də bölüşdü, yeni icraçı direktora və kollektivə uğurlar
arzuladı.
Qeyd edək ki, Murad Muradov əvvələr də mərkəzdə çalışıb. Daha sonra
ictimai-siyasi fəaliyyətindən irəli gələrək mərkəzdən ayrılmışdı.
Muradov mərkəzdə iş fəaliyyətinə 1 aprel tarixindən etibarən
başlayacaq.
Onu da əlavə edək ki, Orxan Pirverdiyev Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən
göstərdiyi xidmətlərə görə təşəkkürnamə ilə təltif olunub.
Xatırladaq ki, Orxan Pirverdiyevdən əvvəl icraçı direktor
vəzifəsini GAİM-in idarə heyətinin üzvü və həmtəsisçilərindən biri
olan, şair, yazıçı, publisist, tərcüməçi Rafiq Hümmət tuturdu. O,
bu vəzifəyə 2020-ci ildə təyin olunmuşdu. Rafiq Hümmətdən əvvəl isə
bu vəzifəni Aygül İsyayeva icra edirdi. O, bu vəzifəyə 2019-cu ildə
təyin olunmuşdu.