Marneuli yerli özünüidarəsi 10 ədəd su dispenseri alınması üçün
sadələşdirilmiş qaydada müqavilə bağlayıb.
Su dispenserlərinin alınması tələbi ilə Marneuli meri Kənan Ömərova
Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili müraciət
edib.
“Xatırladaq ki, Marneuli meriyasında 10 (on) ədəd su
dispenserinə ehtiyac var.
Xahiş edirik, müvafiq xidmətə qanunvericiliklə nəzərdə tutulmuş
tədbirləri həyata keçirmək tapşırığı verəsiniz”, –
Besik Sexniaşvilinin izahatnaməsində deyilir.
Marneuli meriyası su dispenseri almaq üçün 10 mart tarixində, fərdi
sahibkar Əkrəm Qəhrəmanovla sadələşdirilmiş müqavilə bağlayıb.
Özünüidarə 10 ədəd su dispenserini almaq üçün 4700 lari ödəyib. Bir
ədəd su dispenserinin qiyməti 470 laridir.