Marneuli meriyası 4700 lari dəyərində su dispenserini sadələşdirilmiş qaydada alıb
Marneuli yerli özünüidarəsi 10 ədəd su dispenseri alınması üçün sadələşdirilmiş qaydada müqavilə bağlayıb. Su dispenserlərinin alınması tələbi ilə Marneuli meri Kənan Ömərova Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili müraciət edib.

“Xatırladaq ki, Marneuli meriyasında 10 (on) ədəd su dispenserinə ehtiyac var.

Xahiş edirik, müvafiq xidmətə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək tapşırığı verəsiniz”,
– Besik Sexniaşvilinin izahatnaməsində deyilir.

Marneuli meriyası su dispenseri almaq üçün 10 mart tarixində, fərdi sahibkar Əkrəm Qəhrəmanovla sadələşdirilmiş müqavilə bağlayıb. Özünüidarə 10 ədəd su dispenserini almaq üçün 4700 lari ödəyib. Bir ədəd su dispenserinin qiyməti 470 laridir.

"Marneuli" Radiosu
Print