Çox bahaçılıqdır, qazanc da yoxdur, hamı burada qəpiyə durur – Marneuli sakinləri qiymət artımından şikayətlənirlər (VİDEO)
Azərbaycan xalqının milli bayramı olan Novruza bir neçə gün qalır.

Bayramın gəlişi ilə əlaqədar olaraq Marneuli bazarında sıxlıq müşahidə olunur. Sakinlər bayram hazırlığı üçün alış-veriş edir, lazım olan ərzaqları alırlar.

“Marneuli” radiosu Marneuli bazarı ətrafında sorğu keçirərək sakinlərin qiymətlərlə bağlı fikirləri ilə maraqlandı.

Sakinlərin sözlərinə görə, əvvəlki illərə nisbətən məhsulların qiyməti bu il daha da artıb.

Onlar Gürcüstanda işsizlik səviyyəsinin artmasından, məhsulların günü-gündən artan qiymətlərindən narahat olduqlarını bildirdilər.

Daha ətraflı videonu izləyin:



Print Email
FaceBook Twitter Google