Bayram qabağı Marneuli bazarında məhsulların qiyməti
6 gündən sonra baharın müjdəçisi olan Novruz bayramı qeyd olunacaq.

Hər il olduğu kimi bu bayramda da Marneuli bazarında məhsulların qiymətində bahalaşma müşahidə olunur.

Bu gün, 15 mart tarixində Marneuli bazarında məhsulların son qiymətləri ilə maraqlandıq.

Meyvə və tərəvəzlərin bu günə olan qiymətlərini sizə təqdim edirik:
  • 1 kq alma – 2-5 lari
  • 1 kq üzüm – 5-6 lari
  • 1 kq kivi – 3-4 lari
  • 1 kq banan – 5.50 lari
  • 1 kq çiyələk – 10 lari
  • 1 kq pomidor – 5-5.50 lari
  • 1 kq xiyar – 5-6 lari
  • 1 kq bolqar bibəri – 6 lari
  • 1 kq soğan – 2-2.30 lari
  • 1 kq kartof – 1.80 lari
  • 1 kq armud – 5 lari
  • 1 ədəd ananas – 15 lari
  • 1 kq naringi – 4-5 lari
  • 1 kq kələm – 60 tetri
  • 1 kq limon – 4 lari
  • 1 kq çuğundur – 2 lari
  • 1 kq yerkökü – 2 lari

"Marneuli" Radiosu


Print