Marneulinin “Algeti” komandası çempionlar liqasında iki yaş dərəcəsində qələbə qazanıb
“2023-cü ilin çempionlar liqası” çərçivəsində Marneulinin “Algeti” futbol komandası 13 mart tarixində iki yaş dərəcəsində qələbə qazanıb. Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, 13 mart tarixində Tamarisi kənd stadionunda “Algeti” futbol komandası 2007 və 2009-cu il təvəllüdlü yeniyetmələr arasında çempionlar liqasının təqvim oyununu keçirib.

Bir-biri ilə qarşılaşıblar:

2007-ci il təvəllüdlülər

Marneuli “Algeti” – Tbilisi “Didi Lilo”

Oyun Algetinin qələbəsi ilə başa çatıb – 2:1
2009-cu il təvəllüdlülər

Marneuli “Algeti” – Tbilisi “Norçi Dinamo”

Görüşdə Algeti komandası qalib gəlib – 2:0

Marneuli İdman Məktəbinin məlumatına görə, bu il çempionlar liqasında çox sayda Marneuli komandası iştirak edirlər.

“Bu il Mareuli bələdiyyəsindən çox sayda komanda iştirak edir. Marneulinin “Algeti” komandası dörd yaş katekoriyasında (2007, 2009, 2011, 2014-cü illər) təmsil olunacaq”, – İdman Məktəbinin məlumatında qeyd olunub.

Turnir Abxaziya Futbol Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google