Marneuli yerli özünüidarəsi kanalizasiya sisteminin təmizlənməsi
işləri üçün təkrar tender elan edib.
Marneuli meriyası 2023-cü il ərzində bələdiyyə ərazisində
kanalizasiya sisteminin təmizlənməsi, qulluq göstərilmə işlərinə 50
847 lari xərcləməyi planlaşdırır.
“Xidmət müqavilə bağlandıqdan 2023-cü ilin 31 dekabrına
qədər, mərhələli şəkildə, yazılı tapşırığa uyğun olaraq
göstərilməlidir. Xidmət göstərənə obyektin konkret ünvanı,
görüləcək işlərin adı və ya səhvlərlə bağlı akt, işlər üçün müəyyən
edilmiş vaxt yazılı şəkildə təqdim olunacaq”, –
Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderdə qeyd
olunub.
Yerli özünüidarə oxşar tenderi 10 fevral tarixində elan etmişdi.
Tenderdə heç bir şirkət iştirak etməyib və buna görə də elektron
alqı-satqı baş tutmayıb. Marneuli meriyası bələdiyyə ərazisində
2023-cü il ərzində kanalizasiya sisteminin təmizlənməsi, qulluq
göstərilməsi işləri üçün təkrar tenderi 14 mart tarixində elan
edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 31 martdan 5 aprelə
qədər təkliflərini təqdim edə bilərlər.