Bu gün Marneuli ərazisində 21 dərəcə isti olacaq
Bu gün, 16 fevral tarixində Marneuli ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyədə hava buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə mülayim külək əsəcək.

Havanın temperaturu gündüz +21 dərəcə isti olacaq, gecə isə temperatur +10 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 17 fevral tarixində bələdiyyə ərazisində gündüz və gecə saatlarında yağış yağacağı gözlənilir. Gündüz havanın temperatur +21 dərəcə isi olacaq, gecə isə temperatur +10 dərəcə qədər enəcək.

18 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Gündüz bələdiyyədə günün ikinci yarısında şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Gecə saatlarında da yağış yağacaq. Gündüz havanın temperaturu +19 dərəcə istini göstərəcək, gecə isə temperatur +12 dərəcəyə qədər enəcək.

Print Email
FaceBook Twitter Google