Niderland səfirliyi və Yeni Düşüncə İnstitutu arasında müqavilə imzalanıb
14 mart tarixində Niderland səfiri Maaike van Koldam və “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən olan Kamran Əfəndiyevin birgə görüşü baş tutub.

Görüş zamanı onlar təşkilatın başlayacağı “Kvemo Kartli regionunda Praktiki Siyasət və İctimai Vəkillik Məktəbi” layihəsinin müqaviləsini imzalayıblar.


Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən Kamran Əfəndiyev məlumat verdi. O, səfirlə birlikdə təşkilatın gələcəkdəki planları haqqında söhbət etdiklərini bildirdi.

“Xanım səfir ilə bugünkü görüşümüzün məqsədi başlayacağımız layihənin müqaviləsini imzalamaq idi. Əlavə olaraq təşkilatımızın gələcəkdəki planı haqqında da söhbət etdik. Səfirin bizə qarşı bu qədər qayğıkeş olmasını çox yüksək qiymətləndirirəm. Keçən il mərkəzimizin qonağı olmuşdu və bu il yenə böyük məmnuniyyətlə qonağımız olacağını bildirdi. Bizə müvəffəqiyyətlər arzuladı və gördüyümüz işi yüksək qiymətləndirdiyini bildirdi. Təşkilatımız üçün çox xoş haldır ki, artıq regional layihələr həyata keçiririk”, - Kamran Əfəndiyev dedi.

Qeyd edək ki, Niderland səfirliyi regionlardakı gənclərin gücləndirilməsi və onların fəal vətəndaş kimi formalaşması üçün işləyən təşkilatlara dəstəyə davam edir. Bundan başqa layihənin tərəf müqabil təşkilatı Qafqaz evidir. Layihə USAİD-in Vətəndaş Cəmiyyəti Məşğulluq Proqramının dəstəyi ilə həyata keçirilir.
Müəllif: Gülçin İsmayılova

Print Email
FaceBook Twitter Google