Marneuli meriyası bir kanalizasiya maşınını 328 700 lariyə almağı planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi kanalizasiya təmizləyən maşın almağı planlaşdırır.

Marneuli meriyası kanalizasiya təmziləyən maşını almaq üçün 328 700 lari dəyərində tender elan edib.

Tender təkliflərinə görə, kanalizasiya maşını 2023-cü il istehsalı olmalıdır.

“Alınan obyektin zəmanət müddəti 2 ildən və ya 200 000 km-dən az deyil (hansı birinci yerinə yetiriləcəksə). Zəmanət müddəti ərzində avtomobilə orijinal hissələri ilə xidmət göstərilməlidir. Qəbul aktı imzalandıqdan sonra avtomobilin ən azı 1 il müddətinə zəmanəti olmalıdır”-
Tenderin təsvirində qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 15 mart 2023-cü il tarixində kanalizasiya maşınının alınması üçün tender elan edib. Marneuli meriyası eyni tenderi, daha aşağı qiymətlə 21 dekabr 2022-ci ildə elan etmişdi.

İlk tenderdə yalnız bir şirkət iştirak etmişdi, meriya onunla 180 000 lariyə kanalizasiya təmizləyici maşın almağı planlaşdırdı. Buna baxmayaraq, Mareuli meriyası kanalizasiya sularının təzyiqlə yuyulması parametrlərinin nəzərdə tutulmamasına görə tenderin dayandırıldığını elan etmişdi.

"Göstərilən texniki cəhətlər və qiymət cədvəlində bu gün Marneuli bələdiyyəsinin kanalizasiya sisteminin yuyulması üçün zəruri komponentlərdən biri olan təzyiqli yuma maşının parametrləri göstərilməyib. Texniki göstəricilər yalnız kanalizasiya sistemində olan kütlənin çıxarılmasını əhatə edir”
- Meriyanın Əmlakın idarə edilməsi və Maddi-Texniki Təminat Xidmətinin ilkin struktur bölməsinin rəhbəri Aqil Əmircanov Marneuli merinə yazdığı hesabatda tenderin dayandırılmasının səbəbini belə izah edir.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2023cü ilin 15 mart tarixində elan edilmiş tenderdə kanalizasiya maşınının texniki cəhətlərinə yuma parametrləri əlavə edib, alış üçün vəsait isə 148 700 lari artırıb.

Print Email
FaceBook Twitter Google