Marneuli bələdiyyəsinin yerli özünüidarəsi kanalizasiya təmizləyən
maşın almağı planlaşdırır.
Marneuli meriyası kanalizasiya təmziləyən maşını almaq üçün 328 700
lari dəyərində tender elan edib.
Tender təkliflərinə görə, kanalizasiya maşını 2023-cü il istehsalı
olmalıdır.
“Alınan obyektin zəmanət müddəti 2 ildən və ya 200 000 km-dən az
deyil (hansı birinci yerinə yetiriləcəksə). Zəmanət müddəti ərzində
avtomobilə orijinal hissələri ilə xidmət göstərilməlidir. Qəbul
aktı imzalandıqdan sonra avtomobilin ən azı 1 il müddətinə zəmanəti
olmalıdır”- Tenderin təsvirində qeyd olunub.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 15 mart 2023-cü il
tarixində kanalizasiya maşınının alınması üçün tender elan edib.
Marneuli meriyası eyni tenderi, daha aşağı qiymətlə 21 dekabr
2022-ci ildə elan etmişdi.
İlk tenderdə yalnız bir şirkət iştirak etmişdi, meriya onunla 180
000 lariyə kanalizasiya təmizləyici maşın almağı planlaşdırdı. Buna
baxmayaraq, Mareuli meriyası kanalizasiya sularının təzyiqlə
yuyulması parametrlərinin nəzərdə tutulmamasına görə tenderin
dayandırıldığını elan etmişdi.
"Göstərilən texniki cəhətlər və qiymət cədvəlində bu gün Marneuli
bələdiyyəsinin kanalizasiya sisteminin yuyulması üçün zəruri
komponentlərdən biri olan təzyiqli yuma maşının parametrləri
göstərilməyib. Texniki göstəricilər yalnız kanalizasiya sistemində
olan kütlənin çıxarılmasını əhatə edir” - Meriyanın
Əmlakın idarə edilməsi və Maddi-Texniki Təminat Xidmətinin ilkin
struktur bölməsinin rəhbəri Aqil Əmircanov Marneuli merinə yazdığı
hesabatda tenderin dayandırılmasının səbəbini belə izah edir.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2023cü ilin 15 mart
tarixində elan edilmiş tenderdə kanalizasiya maşınının texniki
cəhətlərinə yuma parametrləri əlavə edib, alış üçün vəsait isə 148
700 lari artırıb.