Mədəniyyət Mərkəzində “Başqa qırmızı papaq” kukla tamaşası baş tutub
Bu gün, 16 mart tarixində Marneuli Mədəniyyət Mərkəzində “Başqa qırmızı papaq” kukla tamaşası baş tutub.


Birinci seans saat 12 –də baş tutub və kifayət qədər çox sayda tamaşaçısı olub.



Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tamaşanın keçirilmə məqsədi və motivasiya yerli sakinlərin marağı idi. Onun sözlərinə görə, mərkəz gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.


“Bugünkü tamaşa Armen Hovanesyanın kukla teatrı və Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin birgə işidir. Bu alternativ “Başqa qırmızı papaq” tamaşasıdır, oxşardır, amma fərqlidir. Bu yalnız kiçik tamaşaçılar üçün deyil, həm də böyük tamaşaçılar üçün nəzərdə tutulub. Tamaşa bu motivasiya ilə hazırlandı ki, biz artıq kukla tamaşasına nə dərəcədə maraq olduğunu gördük. “Luna və işıldaböcəklər planeti” buna yaxşı nümunədir” – Nato Şavişvili bildirdi.



Tamaşada Daştəpə ictimai məktəb şagirdlərinin bir qismi də iştirak edirdi. Həmin məktəbin pedaqoqu Nato Samxaradze bildirdi ki, “Başqa qırmızı papaq” şagirdlər üçün həqiqətən də “Başqa qırmızı papaq” oldu.

“Uşaqlara deyəndə çox sevindilər. Qırmızı papağı əzbər bilirlər və Mədəniyyət Evinin tədbirlərinə tez-tez aparıram. Gözlədiklərindən 10 dəfə artıq xoşlarına gəldi. Bu həqiqətən də başqa qırmızı papaq idi, müasir və mən də böyük maraqla izlədim”
– Natali Samxaradze bildirdi.

Nümayişlər 6-17 mart tarixində baş tutacaq. Mədəniyyət Mərkəzinin məlumatına görə, gündə iki seans, saat 12:00- və 15:00-da baş tutacaq.

İştirak etmək sərbəstdir.

Qeydiyyat üçün bu nömrəyə zəng vura bilərsiniz:

577 961 872

Rejossor/rəssam/marionetlərin müəllifi: Armen Hovanesyan

İştirak edirlər:
Armen Hovanesyan
Zurab Xaptani

Səsləndirmə:
Tatia Tataraşvili
Ketevan Abaşidze
Mariam Çoxonelidze

Texniki qrup:
Şalva Buzaladze
Şota Kiparoidze
Avtandil Abramişvili

Print Email
FaceBook Twitter Google