Transformatorun sıradan çıxmasına görə Saimerlo və Marneuli şəhərinin bir hissəsinə su verilməyəcək
16 mart axşam saatlarından Marneuli bələdiyyəsinin Saimerlo kəndinə və Marneuli şəhərinin bir hissəsinə içməli su verilmir.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən “Marneuli” radiosuna bildirdilər ki, içməli suyun verilməməsinə transformatorun sıradan çıxması səbəb olub. Qeyd edək ki, Saimerlo kəndinə bir neçə gün ərzində içməli su aşağı təzyiqlə verilirdi.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən bildirirlər ki, sıradan çıxmış transformatorun təmirinə artıq başlanılıb. Onların bildirdiyinə görə, Saimerlo kəndinə və Marneuli şəhərinin bir hissəsinə su saat 18:00-dan veriləcək.

Print Email
FaceBook Twitter Google