Marneulinin iki kəndinə “Səyyar Ədliyyə Evi” xidmət göstərəcək
Marneulidə “Səyyar Ədliyyə Evi” yaradılıb. Avtomobil ilk xidməti Alegti əhalisinə göstərib. Bu barədə Marneuli meriyası məlumat yayıb.


“Səyyar Ədliyyə Evi” Marneuli bələdiyyəsinin iki kəndinin əhalisinə 470-dən artıq xidmət təqdim edəcək:
  • Çərşənbə axşamı- Algeti kəndi,
  • Cümə günü – Qırıxlı kəndi.

“Xidmət prosesini Marneuli bələdiyyə meri Kənan Ömərov, Kvemo Kartli qubernatoru Qiorqi Doxturaşvili, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Ədliyyə Evinin sədri Laşa Lobcanidze şəxsən müşahidə ediblər, vətəndaşlarla xidmətlərin əlçatanlığı barədə danışıblar”,
– Meriyanın yayımladığı məlumatda qeyd olunub.

“Səyyar Ədliyyə Evi” Ədliyyə Nazirliyinin innovativ layihəsidir. Bu 2021-ci ilin sentyabrında qüvvəyə minib və bu gün Kaxeti, Şida Kartli, Sameqrelo, Quriya, Acarıstan, İmereti, Mtsxeta-Mtianeti, Samtsxe-Cavaxeti, Kvemo Kartli regionlarını əhatə edir.

“Səyyar Ədliyyə Evinin” 20 maşını ilin sonuna qədər Gürcüstanın bütün regionlarını əhatə edəcək.


Print Email
FaceBook Twitter Google