Marneulidə “Səyyar Ədliyyə Evi” yaradılıb. Avtomobil ilk xidməti
Alegti əhalisinə göstərib. Bu barədə Marneuli meriyası məlumat
yayıb.
“Səyyar Ədliyyə Evi” Marneuli bələdiyyəsinin iki kəndinin əhalisinə
470-dən artıq xidmət təqdim edəcək:
- Çərşənbə axşamı- Algeti kəndi,
- Cümə günü – Qırıxlı kəndi.
“Xidmət prosesini Marneuli bələdiyyə meri Kənan Ömərov, Kvemo
Kartli qubernatoru Qiorqi Doxturaşvili, Marneuli Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze və Ədliyyə Evinin sədri Laşa
Lobcanidze şəxsən müşahidə ediblər, vətəndaşlarla xidmətlərin
əlçatanlığı barədə danışıblar”, – Meriyanın
yayımladığı məlumatda qeyd olunub.
“Səyyar Ədliyyə Evi” Ədliyyə Nazirliyinin innovativ layihəsidir. Bu
2021-ci ilin sentyabrında qüvvəyə minib və bu gün Kaxeti, Şida
Kartli, Sameqrelo, Quriya, Acarıstan, İmereti, Mtsxeta-Mtianeti,
Samtsxe-Cavaxeti, Kvemo Kartli regionlarını əhatə edir.
“Səyyar Ədliyyə Evinin” 20 maşını ilin sonuna qədər Gürcüstanın
bütün regionlarını əhatə edəcək.