Bu gün Marneuli ərazisində yağış yağacaq
Bu gün, 20 mart tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında yağış yağacaq. Səhərə doğru yağışın kəsəcəyi gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə külək əsəcək.

Havanın temperaturu gündüz +12 dərəcə isti olacaq, gecə isə temperatur +8 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 21 mart tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə isə bələdiyyədə buludlu hava müşahidə ediləcək. Gündüz havanın temperatur +16 dərəcə isi olacaq, gecə isə temperatur +8 dərəcə qədər enəcək.

22 mart tarixinə gəlincə isə Marneuli ərazisində gündüz və gecə saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +18 dərəcə istini göstərəcək, gecə isə temperatur +7 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google