19 mart tarixində Tbilisidə “Muslim Media” İnternet televiziyasının
8 illiyi münasibəti ilə tədbir keçirilib.
İnternet TV əməkdaşlarının, din xadimləri və media nümayəndələrinin
iştirak etdiyi tədbirdə informasiya cəmiyyətinin inkişafında və
mədəni tərəqqi və maarifləndirmə sahəsində social şəbəkələrin rolu,
ondan düzgün istifadə, dünyada internetdən istifadə sahələrinin
statistikası və s. mövzularda çıxışlar edilib. Media konspektinin
müsbət aspektləri haqqında fikir mübadiləsi aparılıb.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə
TVnin rəhbəri Məşədi Vidadi Qurbanova, əməkdaşı Əli Abbas müəllimə
və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və
qardaşlara təşəkkür edib. O, İnternet TVnin səkkiz il müddətində
hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla
bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam,
əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirib.
Sonda yerli informasiya portallarına və dini medianın əməkdaşlarına
Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olunub,
xatirə şəkilləri çəkilib, “Muslim Media”nın səkkiz illik fəaliyyəti
ilə bağlı videoçarx nümayiş olunub.