Marneuli meriya binasının bərpası/yenidən qurulması üçün yeddinci dəfə tender elan olunub
Marneuli bələdiyyəsi meriya binasının bərpası/yenidən qurulması üçün yeddinci dəfə tender elan edib.

Yerli özünüidarə təxminən bir ildir, işləri həyata keçirəcək şirkəti axtarır. Baş tutmayan ilk altı tenderin ikisində iştirak edən şirkət texniki sənədlərə görə tenderdən uzaqlaşdırılıb, beş tenderdə isə heç kim iştirak etməyib.

Meriya binasının bərpası/yenidən qurulması üçün 261 327 lari ayrılmışdı. Ancaq bələdiyyə yeni tenderdə vəsaiti artırıb və ümumi dəyər 321 519 lari təşkil edir. Tenderdə iştirak etmək istəyən şirkətlər 5 apreldən 10 aprel tarixinədək öz təkliflərini təqdim edə bilərlər.

Layihədə birinci mərtəbədə əhali ilə ünsiyyət prosesinin asanlaşdırılması məqsədi ilə dəftərxana otağının sahəsini artırmaq və aralıqlarla sahələrə ayırmaq nəzərdə tutulub. Eləcə də birinci mərhələdə dəhliz divarlarının boyanması və qapıların dəyişdirilməsi nəzərdə tutulur.

Birinci mərtəbənin otaqlarının bir qismində təmir işlər nəzərdə tutulur. İkinci mərtəbədəki qovşağın yenilənməsi və mövcud iş otağında yeni qovşağın qurulması planlaşdırılır. Üçüncü mərtəbədə pilləkənlərin divarlarının boyanması və s. nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google