Qiorqi Abdeliani gürcü güləşi üzrə Gürcüstan çempionatının
mükafatçısıdır.
Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, cari
ilin 17-19 mart tarixlərində Xaşuri şəhərində gürcü güləşi üzrə
Gürcüstan birinciliyi keçirilib. Marneuli İdman Məktəbinin
yetirməsi Qiorqi Abdeliani yarışda uğurla çıxış edib (şəxsi məşqçi
Demuri Jorjoliani) və 66 kq-dan yuxarı çəki dərəcəsində üçüncü yeri
tutub.
Turnir 2009-2011-ci il təvəllüdlü idmançılar arasında
keçirilib.