Marneuli meriyası 7 daşınmaz əmlakı istifadəyə verəcək
Marneuli yerli özünüidarəsi meriyanın balansında olan 7 obyekti istifadəyə verəcək. Bələdiyyə Məclisinin bu gün, 23 mart tarixində keçirilən iclasında deputatlar obyektlərin istifadəyə verilməsini dəstəkləyiblər.

İclasda Marneuli meriyasının Əmlakın İdarəolunması Şöbəsinin rəhbəri Davit Xarşiladze bildirdi ki, qeyd olunan obyektlər fəaliyyətsizdir və məhz buna görə, meriya obyektlərin istifadəyə verilməsi qərarını verib.

“Bizim xidmət tərəfindən müvafiq razılıq almaq məqsədi ilə 7 obyekt təqdim olunub. Bu obyektlər Sadaxlı, iki obyekt Qaçağan kəndində, Ağməmmədli, Qasımlı, Xocorni kəndlərindədir. Müvafiq olaraq, biz razılıq verdik ki, bu obyektlərin istifadəyə verilməsi elektron hərrac qaydası ilə olsun. Bu Marneuli bələdiyyə büdcəsinə əlavə icarə haqqı şəklində vəsaitlərin cəlb edilməsinə səbəb olacaq”,
– Davit Xarşiladze bildirdi.

Bələdiyyə Məclisinin çoxluğu meriyanın balansında olan 7 daşınmaz əmlakın istifadəyə verilməsini dəstəkləyib. Bələdiyyə Məclisinin üzvləri həmçinin, Tsereteli kəndindəki uşaq qəzalı vəziyyətdə olan binasının uçurullması, onun yerində yeni uşaq bağçasının tikilməsi təklifini dəstəkləyiblər.


Print Email
FaceBook Twitter Google