İrina Mikava Kvemo Kartlidən ilin uğurlu vətəndaş təhsili müəllimi seçilib
İrina Mikava Kvemo Kartlidən ilin uğurlu vətəndaş təhsili müəllimi seçilib.


25 mart tarixində vətəndaş təhsili müəllimlərinin illik konfrans-sərgisi baş tutub. İrina Mikava bir ildir ki, Bolnisi bələdiyyəsinin İohane Bolneli adına məktəbində işləyir.

O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu dövr ərzində şagirdlərə qeyri-formal təhsil yolu ilə insan hüquqları, vətəndaş fəallığı, könüllülük, tolerantlıq və s. kimi mühüm mövzularda dəstək olmağa çalışıb.

“Bir il əvvəl vətəndaş təhsili üzrə dəvət edilmiş müəllim olaraq İohane Bolneli adına məktəbdə “Dəyişikliklərin piki/ Peak of changes” vətəndaş təhsili klubnu yaratdım. Klubu təsis etdiyim gündən ümumi dəyərlərə və məktəbdə, eləcə də icmada qeyri-formal fəal olmaq yolu ilə dəyişiklik etməyə çalışırıq. 75-ə yaxın görüş, fəallıqlar göstərir ki, biz bacardıq. İnsan hüquqları, vətəndaş fəallığı, könüllülük, qadına qarşı zorakılıq, uşaq hüquqları, tolerantlıq, bərabərlik, Avropa İttifaqı və NATO haqqında layihələri uğurla həyata keçirdik. “Diplomatiya məktəbi 2023” kimi mühüm layihəyə başladı və üç ölkənin səfiri ilə görüş keçirdim. İtaliya, Niderland, Braziliya və Bolqarıstan səfirlərini də gözləyirik. Bütün layihələr gənclərin iştirakına əsaslanır. Onlar özləri və başqaları üçün imkanlar yaradırlar, gənclərlə birlikdə, gənclər üçün işləyirik. Avropa İttifaqının EU4Youth proqramının dəstəklədiyi, yerli və beynəlxalq donorlar tərəfindən dəstəklənən gənclər üçün layihələr, Bolnisi gənclər məkanının yaradılması da məhz buna xidmət göstərir. Müəllimlik sənətdir, sən şagird üçün motivasiya, transformasiya və imkanları mənbəyinə çevrilirsən”
– İrina Mikava bildirdi.

Vətəndaş təhsili müəllimlərinin illik konfrans-sərgisi USAİD-in vətəndaş təhsili proqramı çərçivəsində keçirilir.

Tədbirlər həyata keçirilən zaman ilin ən yaxşı vətəndaş təhsili müəllimləri, ilin uğurlu pedaqoqları və məktəblərin vətəndaş təhsili klublarının ən yaxşı qəyyumları müəyyən edilib.

Qaliblərə ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan və digər dəvət edilmiş qonaqlar mükafat təqdim edib.

Print Email
FaceBook Twitter Google