Samirə Bayramova Tbilisi küçələrinə Gürcüstan azərbaycanlı qadınlarının adlarının verilməsi tələbi ilə Bələdiyyə Məclisinə müraciət edib

Mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova Tbilisi

küçələrinə etnik azlıq nümayəndəsi olan qadınların adının verilməsi tələbi ilə Tbilisi Bələdiyyə Məclisi sədrinə müraciət edib.

27 mart tarixində aydın olub ki, Tbilisi Bələdiyyə Məclisinin Ad və Simvolika Komissiyasının iclasının qərarı ilə paytaxtın bir neçə küçəsinə dövlər, ictimai xadim qadınların adı veriləcək. Samirə Bayramovanın sözlərinə görə, siyahıda etnik azlıq nümayəndəsi olan heç bir ictimai xadim olan qadının adını görməyib.

Tbilisi Bələdiyyə Məclisi öz fəaliyyətində rəngarəngliklə seçilirdi. Heç olmasa Pərixanım Sofiyeva və digər etnik azlıq nümayəndəsi olan qadınları nəzərə almamalarına təəccübləndim. Bu qadınlar güclü qadınlar olublar. Onlar da Gürcüstan tarixinin mühüm fiqurlarıdırlar. Mənim çox xətrimə dəyir, bu diqqətsizlikdir. Biz etnik azlıq nümayəndələri olaraq həmişə təşəbbüs və tənqidlə çıxış etməməliyik. Ümumi mexanizm və standart olmalıdır. Ümid edirəm, bu yumşaq tənqidi qəbul edəcəklər və biz yenidən rəngarəng, mədəni Tbilisi yaradacağıq”- Samirə Bayramova “Marneuli” radiosuna bildirdi.

Samirə Bayramova Bələdiyyə Məclisinin sədri Qiorqi Tkemaladzeyə yazdığı məktubda, həmçinin, bir neçə etnik azlıq nümayəndəsi olan ictimai xadim qadınlar haqda məlumat da verib.

Tbilisi küçələrinə adları əlavə olunacaq qadınlar: İlk diplomat qadın Rusudan Mikeladze, ilk mühəndis qadın Barbare Bairamaşvili, ilk dənizçi qadın Yulia Pailodze, ilk pilot qadınlardan biri Nana Xubulava, ilk pilot qadınlardan biri Nina Jordania, xəttat nüsxəçi Manana Zedginidze, həkm və alim Barbare Gipiani, repressiyaya uğramış şair Mariam Abramişvili, aktrisa Tamar Çavçavadze, aktrisa Tsetsilia Dzudzunava, Avropa miqyasında ilk və yeganə olimpiya çempionu, oxçu qadın Ketevan Losaberidze.

 

Print