Marneulidən üç nəfər direktor səlahiyyətlərini icra edən şəxs 2023-cü ilin direktorlar üçün imtahanından keçib
Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən üçü 2023-cü ilin direktorlar üçün imtahanını verə bilib.

Bələdiyyənin indi, ümumilikdə 10 nəfər imtahanı vermiş aplikantı var. Onlar hələ ki, səlahiyyətləri icra edən şəxs statusu daşıyırlar. Bir neçə il bundan əvvəl imtahan vermiş 7 nəfərə həmişəlik sertifikat verilib. Üç nəfər isə hazırda imtahanın birinci mərhələsini uğurla başa vurub. Yerli Resurs Mərkəzin rəhbər səlahiyyətlərini icra edən Əli Qəhrəmanov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, 10 nəfər direktor statusu qazanmaq üçün söhbət mərhələyə keçməli olacaq. Təqdim olunan namizədləri məktəbin Qəyyumlar Şurası seçir.

Marneulinin direktorsuz qalmış 64 məktəbinə sertifikatlı kadrlar gələnə qədər məktəbi səlahiyyətləri icra edən şəxslər idarə edəcək.

Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə ictimai məktəb direktoru olmaq istəyənlərin sertifikatlaşdırılma mərhələsi hələ 22 yanvarda keçirilib.

İmtahan üçün 3205 nəfər qeydiyyatdan keçib. Ancaq imtahanda 1839 aplikant qeydiyyatdan keçib. Marneulidən imtahanda neçə nəfərin iştirak etdiyi məlum deyil. Ancaq ümumi göstəricilərə görə deyə bilərik ki, rəqabət elə də böyük deyilmiş.

Qeyd edək ki, Marneuli radiosu 26 yanvar tarixində bu mövzu ilə bağlı material hazırlamışdı. Təsadüfən seçmək prinsipi ilə Marneulinin 15 nəfər direktor səlahiyyətlərini icra edən şəxsinə zəng vurduq. Demək olar ki, onların əksəriyyəti imtahanda iştirak etməyib. Buna səbəb olaraq isə sağlamlıq problemlərini qeyd edirlər. Bir hissəsi isə imtahanın çətin olmasından danışır.

Direktor olmaq istəyənlər üçün söhbət mərhələsi 20 mart tarixində başlayıb və 28 aprelə qədər davam edəcək.


"Marneuli" Radiosu

Print