“NTİ” Qardabani, Bolnisi və Dmanisili gəncləri üçün yeni layihəyə start verir
“Yeni Düşüncə İnstitutu” Qardabani, Bolnisi və Dmanisidə yaşayan, ictimai fəallıq ilə maraqlanan, cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər üçün "Kvemo Kartli regionunda praktiki siyasət məktəbləri" adlı yeni layihəsinə start verir.

Layihə çərçivəsində adıçəkilən bələdiyyələrin müxtəlif icmalarından 15 gənc seçiləcək, onlar üçün təlim və seminarlar keçiriləcək, aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Gənclər təşkilatın maliyyə dəstəyi ilə öz kəndlərində ictimai təşviqat kampaniyası aparacaqlar.

Gürcüstanın bölgələrinə mədəni turlar təşkil ediləcək. Həmçinin regional gənclər forumu da təşkil olunacaq. Fəaliyyətlərə gəlincə, nəzərdə tutulan bütün fəaliyyətlər gürcü dilində həyata keçiriləcək.

Layihədə iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat linkinə daxil ola bilərlər:

https://docs.google.com/.../1FAIpQLScLDGVKSFe.../viewform...

Son qeydiyyat tarixi: 30.04.2023-dür.

Layihənin tərəfdaş təşkilatı “Qafqaz Evidir”.

Layihə Niderland səfirliyinin dəstəyi ilə həyata keçirilir.


Print Email
FaceBook Twitter Google