Marneulidə hava necə olacaq
Bu gün, 19 aprel tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bölgədə mülayim külək əsəcək.

Havanın temperaturu gündüz +22 dərəcə isti olacaq, gecə isə temperatur +11 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 20 aprel tarixində Marneuli ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacaq. Gecə saatlarında isə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz havanın temperatur +23 dərəcə isi olacaq, gecə isə temperatur +13 dərəcə qədər enəcək.

21 aprel tarixinə gəlincə isə Marneuli ərazisində gündüz və gecə saatlarında yağış yağacağı gözlənilir. Gündüz havanın temperaturu +18 dərəcə istini göstərəcək, gecə isə temperatur +8 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google