Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclasında yaşıllığa
qulluq göstərilməsi ilə bağlı yeni qərar qəbul edilib.
Məsələni meriyanın inzibati xidmətinin rəhbəri Mamuka Şubitidze
müzakirəyə çıxarıb və qeyd edib ki, qərar bələdiyyədə hansı
bitkilərin əkiləcəyi, hansı ağacların budanacağı və ya kəsilməli
olacağını müəyyən edən məsələləri əhatə edir.
“Bələdiyyə tərəfindən bələdiyyə ərazisində yaşıllığa və
yaşıllaşdırılacaq ərasilərə qulluq göstərilməsi, bərpa qaydasının
təsdiqlənməsi haqqında təşəbbüs irəli sürülüb. Qeyd olunan qaydada
hansı növ bitkilərin bələdiyyə ərazisində əkiləcəyi, hansı ağacın
kəsilməli olduğu və budanma işlərinin necə həyata keçiriləcəyi
yazılıb”, – Mamuka Şubitidze bildirib.
Deputatlar qeyd olunan məsələni dəstəkləyiblər. Bələdiyyə Məclisi
Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, qərar qəbul olunduqdan sonrakı mərhələ müvafiq
xidmət üçün yazılacaq müddəalardır.
“Yaşıllığa qulluq göstərilməsi ilə bağlı çox mühüm və
maraqlı qərar qəbul olundu. Bu qərardan irəli gələrək bitkilərə
qulluq, budanma işləri ilə bağlı müddəa
yazılacaq”.
Bələdiyyə Məclisinin 21 aprel tarixində baş tutan növbədənkənar
iclasında ümumilikdə 10 məsələ müzakirə olunub. Onlar arasında
Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin təsdiqlənməsi,
Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29 dekabr tarixli 10 saylı
sərəncamında dəyişiklik edilməsi haqqında, Marneuli meriyası üçün
yanacaq və danışıq limitlərinin müəyyən edilməsi, sosial
məsələlərlə bağlı müzakirə aparılır.
Bütün məsələlərlə bağlı müsbət qərar qəbul olunub.