Meriyanın Maliyyə-Büdcə Xidmətinin yeni rəhbəri var
Marneuli bələdiyyəsnin Maliyyə-Büdcə Şöbəsinə yeni rəhbər təyin olunub.

Bu barədə Bələdiyyə Məclisinin bu gün, 21 aprel tarixində baş tutan növbədənkənar iclasında məlum olub. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iclasda bildirib ki, Maliyyə-Büdcə Xidmətinə Koba Çxitunidze rəhbərlik edəcək. Koba Çxitunidzenin bank sistemində 10 illik iş təcrübəsi var.

“Demək istəyirəm ki, cənab Koba Çxitunidze yeni əməkdaşdır. O, Maliyyə-Büdcə Xidmətinin rəhbəridir. Ona qədər səlahiyyətləri xanım Maia Naveriani icra edirdi. Ona əməkdaşlıq üçün minnətdarlığımı bildirirəm. Cənab Kobaya öz işində uğurlar arzu edirəm”.

Qeyd edək ki, Marneuli Maliyyə-Büdcə Xidmətinə illər ərzində Vüqar Məmmədov rəhbərlik edirdi. O, həmin vəzifəni bir neçə ay bundan əvvəl, meriyada aparılan islahatlar zamanı tərk edib və indi Marneuli merinin müşaviridir. həmin xidmətin rəhbəri səlahiyyətlərini Maia Naveriani icra edirdi.


Print Email
FaceBook Twitter Google