Marneuli ərazisində yağış yağacaq (VİDEO)
Bu gün, 24 aprel tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında yağış yağacağı gözlənilir. Bələdiyyənin bəzi bölgələrində şimşək çaxacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bölgədə külək əsəcək.

Havanın temperaturu gündüz +20 dərəcə isti olacaq, gecə isə temperatur +12 dərəcəyə qədər enəcək.

Sinoptiklərin məlumatına görə, 25 aprel tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperatur +22 dərəcə isi olacaq, gecə isə temperatur +9 dərəcə qədər enəcək.

26 aprel tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında hava əsasən günəşli olacaq. Gecə isə bələdiyyədə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz havanın temperaturu +24 dərəcə istini göstərəcək, gecə isə temperatur +13 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google