Marneulidə Uşaqların Müdafiəsi Günü – 1 iyuna olan proqram
1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Marneulidə aktivliklər keçiriləcək.

Marneuli Mədəniyyət Mərkəzi və Marneuli İctimai Kitabxanasının birgə təşkilatçılığı ilə müxtəlif növ uşaq əyləncə tədbirləri planlaşdırılır.

Mədəniyyət Mərkəzinin məlumatına görə, aktivliklər İctimai Kitabxananın parkında, saat 11:30-dan 14:00-a kimi keçiriləcək.

  • Eksperimentoriya-elmi şou
  • Amerika Guşəsi – masa oyunları
  • Üzə şəkil çəkmək
  • Əl işləri və xalça toxumaq dərnəyi – Xalça toxuma və iplərin boyanması ilə bağlı masterklass
  • Mənim dostum təşkilatı “Dream partner”-un maraqlı oyunları və şən startlar
  • Maradisi kənd məktəbinin “Eko klubu”
  • Çiçəklərin sərgi-satışı
  • Marneuli 2 saylı ictimai məktəbinin “Bizim gələcəyimiz üçün” vətəndaş klubu - əl işlərinin sərgi-satışı

Saat 17:00-da Marneuli Mədəniyyət Evinin konsert zalında Mədəniyyət Mərkəzində fəaliyyət göstərən vokal studiyasının konserti keçiriləcək.
Meriyanın təşkilatçılığı ilə və Maneulinin Məktəbəqədər Hazırlıq Mərkəzinin iştirakı ilə həmin gün planlaşdırılmış mədəni-idman aktivliklərinin keçirilməsi.

“Dünya Uşaqlarına Sülh” adlı tədbirdə təqdim olunacaq:

• Əyləncə məkanı;
• Rəsm çəkməklə bağlı masterklass;
• Animatorların şousu;
• Nağıl qəhrəmanlarının 2 saatlıq performansı;


Uşaqların əhval-ruhiyyəsinin qayğısına DJ qalacaq;

İdman aktivliyi-cüdo üzrə masterklass (Cüdi Kids İdman Məktəbində keçirilir).

Meriyanın məlumatına görə, tədbir Cavaxişvilinin Büstünün yerləşdiyi parkda saat 15:00-da başlayacaq və saat 17:00-da başa çatacaq.


Print Email
FaceBook Twitter Google