Marneulidə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək üçün işıqfor söndürülüb

Marneuli şəhərindəki yeganə işıqfor bir neçə gündür söndürülüb.



Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, işıqforu bilərək söndürüblər ki, şəhərdə tıxaca nəyin səbəb olduğunu müşahidə etsinlər.

Rustaveli küçəsinin bərpası planlaşdırılır və indi müşahidə aparılır. Tıxaclar yaranır və buna görə, ola bilsin gələcəkdə bəzi dəyişikliklər etməli olduq. Bu səbəbdən 10 gün ərzində müşahidə aparacağıq və buna görə, işıqfor müvəqqəti olaraq söndürülüb”- Marneuli meriyasının Əmlak İdarəetməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov bildirdi.

Əmircanovun sözlərinə görə, meriya Marneuli şəhərində Rustaveli küçəsinin bərpa edilməsi layihəsi üzərində işləyir. Buna görə, nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunur ki, şəhərdə tıxaca nəyin səbəb olduğu müəyyən edilsin. İndiki mərhələdə Marneuli şəhərinin Rustaveli küçəsinin bərpasına nə zaman başlanılacağı məlum deyil.

Marneuli şəhərində işıqfor yalnız bir yerdə, bazar və 5 saylı məktəbin ərazisində yerləşir. İşıqfor neçə gündür söndürülüb və güman ki, bazar ertəsi, 5 iyun tarixində qurulacaq.


 

Print Email
FaceBook Twitter Google