Marneuli bələdiyyəsinin Şaumyan və Böyük Muğanlı kəndlərində
çəyirtkələrə qarşı dərmanlama işlərinə başlanılıb.
Qeyd olunan kəndlərdə 60 hektar ərazi Milli Qida Təhlükəsizliyi
Agentliyinin xüsusi texnikası vasitəsi ilə və müvafiq preparatlarla
dərmanlanıb. Marneuli meriyasının veb-səhifəsində yayımlanmış
məlumata görə, dərmanlamaya başlayana qədər özünüidarə
nümayəndələri yerli əhalini planlaşdırılmış tədbirlə bağlı
məlumatlandırıblar.
“Bitkilərin mühafizəsi üzrə mütəxəssislər əhalini
təhlükəsizlik normalarına riayət etməyə çağırıblar. Dərmanlama
aparılan zaman heyvanları dərmanlanmış ərazidən uzaqlaşdırılmalıdır
və gözləmə dövrünə riayət edilməlidir. Dərmanlamaya başlayana qədər
özünüidarə nümayəndələri yerli əhalini planlaşdırılmış tədbirlərlə
bağlı məlumatlandıracaqlar. Çəyirtkə kənd təsərrüfatı üçün ciddi
təhlükə deməkdir. Şərqi Gürcüstanda əsasən təhlükəli zərərverici –
İtaliya çəyirtkəsi yayılıb və kənd-təsərrüfatı bitkilərinə zərər
verir, yaşıl örtüyü məhv edir”, – meriyadan
bildirirlər.
Milli Qida Təhlükəsizliyi Agentlyindən “Marneuli” radiosuna verilən
məlumata görə, dərmanlama işlərinin davam etdirilməsi monitorinq
işlərindən asılı olacaq.