Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev
Gürcüstana səfərə gəliblər.
Səfər çərçivəsində deputatlar Marneuli rayonunun Qızılhacılı
kəndində yerləşən stadionda Heydər Əliyevin 100 illik yubileyi ilə
bağlı tədbirdə iştirak ediblər. Millət vəkilləri yeniyetmələrdən
ibarət 5 komandaya 100 futbol forması, həmçinin futbol topları
hədiyyə ediblər.
Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev qeyd edib ki, bu cür sosial layihələr Gürcüstanda yaşayan
azərbaycanlı gənclərin idmana marağının arıtırlması məqsədilə davam
etdiriləcək. Səfir azərbaycanlı gənclərin gələcəkdə də Gürcüstanda
idmanın inkişafına töhfə verəcəklərinə əmin olduğunu
vurğulayıb.
Faiq Quliyev Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində
Gürcüstanda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Əlavə edib
ki, Heydər Əliyev Gürcüstandakı azərbaycanlılara dayaq olub və bu
gün Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də
azərbaycanlıların sosial rifahının artırılmasına yönəlib.
Marneuli meri Kənan Ömərov Azərbaycan nümayəndə heyətinə Marneulidə
gənclərin inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.
Deputat Arzu Nağıyev qeyd edib ki, layihə bu vaxtadək Azərbaycanın
29 rayonunda həyata keçirilib. Rauf Əliyev layihənin gələn il də
Gürcüstanda həyata keçiriləcəyini deyib.
Mənbə: apa.az