3 avqust tarixində Marneulinin 2024-2027-ci illər üçün prioritetlər sənədinin ictimai müzakirəsi baş tutacaq
3 avqust tarixində Marneuli bələdiyyəsinin 2024-2027-ci illər üçün prioritetlər sənədinin ilkin versiyasının ictimai müzakirəsi baş tutacaq. Bu barədə yerli özünüidarə marneuli.gov.ge-də məlumat yayıb. Məlumat feysbuk səhifəsində yerləşdirilməyib.

Sənədin müzakirəsi saat 14:00-da, Marneuli şəhərinin İctimai Kitabxanasında baş tutacaq.

"Marneuli bələdiyyəsinin 2024-2027-ci illər üçün prioritetlər sənədinin ilkin versiyasının ictimai müzakirəsi baş tutacaq. Sənəd bələdiyyənin qısa müddət üçün planlaşdırdığı gəlirləri, ödəmələri, eləcə də prioritetlər üçün (proqramlar) nəzərdə tutulmuş vəsaiti əhatə edir.

Müzakirə Marneuli şəhəri, Rustaveli küçəsi 73 ünvanında, Marneuli İctimai Kitabxanasında baş tutacaq. Görüşdə iştirak etmək sərbəstdir və bütün maraqlanan şəxslər iştirak edə bilərlər",
– bələdiyyə yazır.

Tədbir USAİD-in yerli özünüidarə proqramı çərçivəsində, Vətəndaş Cəmiyyəti İnstitutunun (CSİ) dəstəyi ilə keçirilir.

Print Email
FaceBook Twitter Google