Meriya qəbiristanlıqların hasarlanması üçün 109 494 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli meriyası beş kəndin qəbiristanlığının hasarlanması üçün 109 494 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.

Söhbət kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək işlərdən gedir. Həmin işlərə əsasən, Xancığazlı, Tsopi, İlməzli, Yuxarı və Aşağı Saral kəndlərində qəbiristanlıqlar hasarlanacaq. Yerli özünüidarə işləri həyata keçirmək üçün iki şirkətlə, “Pila-2010” MMC və “Merkuri” MMC ilə müqavilə bağlayıb.

• Xancığazlı kəndində 430 m, Tsopi kəndində 359 m uzunluğunda hasarın çəkilməsi – 36 602,18 lari
• İlməzli kəndində 453 m uzunluğunda hasarın çəkilməsi – 22 195,28 lari
• Yuxarı Saral kəndi 584 m uzunluğunda hasarın çəkilməsi – 25 348, 65 lari
• Aşağı Saral kəndi 584 m uzunluğunda hasarın çəkilməsi – 25 348, 65 lari


Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan regionlarında həyata keçiriləcək layihələr fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına əsasən bölünüb. Hər kənd üçün ən az 10 000, ən çox isə 20 000 lari nəzərdə tutulub.
Print Email
FaceBook Twitter Google