Daxili İşlər Nazirliyi 14 yaşlı qızın uşaq dünyaya gətirməsi işi ilə bağlı istintaqa başlayıb
Daxili İşlər Nazirliyi Bolnisidə 14 yaşlı qızın uşaq dünyaya gətirməsi işi ilə bağlı 16 yaşa çatmamış şəxslə cinsi əlaqə qurmaq maddəsi ilə istintaqa başlanılıb.

Bu gün, 18 oktyabr tarixində Bolnisi bələdiyyəsinin kəndlərindən birində 14 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.

“Mülki Bərabərlik Platforması”-nın sədri Samirə İsmayılova da “Marneuli” radiosuna azyaşlının uşaq dünyaya
gətirməsi haqqında məlumatı təsdiq edib.

“Hadisə yeni baş verib və mənim bildiyimə görə, dünən axşam hüquq-mühafizə qurumuna bildiriblər. Bu gün istintaq başlanılıb və məktəb heyətinin və s. dindirilməsinə başlanılıb.

Bizdə olan məlumata görə, bu qızı qaçırıblar və həmin ailədə yaşayırmış, indi azyaşlının uşaq dünyaya gətirməsi faktı məlum olduğuna görə, məsələ aydın olub”,
– Samirə İsmayılova bildirib.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə istintaqa başlayıb. Həmin maddə 16 yaşa çatmamış şəxslər cinsi əlaqə qurmağı nəzərdə tutur. Cinayətə görə, 7 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Print Email
FaceBook Twitter Google
«« Oktyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123