Yırğançay kəndində 11-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində həlak olub
Dmanisi rayonunun Yırğançay kəndində 17 yaşlı K.Y. bədbəxt hadisə nəticəsində həlak olub. Hadisə 29 oktyabr tarixində baş verib.

Məlumata görə, yeniyetmə idarə etdiyi traktoru aşırıb və nəticədə onun altında qalaraq boynu sınıb.

“Yırğançay kəndində əhalinin özləri tərəfindən düzəldilmiş mini traktorlar var. O maşınla qonşuya zibil daşımağa kömək edirmiş. Maşını arxaya verəndə, maşın daşın üstünə çıxıb. Bu zaman maşın aşanda qorxusundan maşından özünü atıb. Maşın üstünə düşüb, boynunu sındırıb. Maşının üzərində olan dəmir hissəsi aşaraq, boynunu qırıb”, – Dmanisi merinin müavini Arif Süleymanov “Marneuli” radiosuna bildirdi.

Arif Süleymanov onu da qeyd etdi ki, K.Y. xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

K.Y. Yırğançay ictimai məktəbin 11-ci sinfində oxuyurmuş.

Print Email
FaceBook Twitter Google