20 noyabr tarixində, Marneulidə “Şotaoba” qeyd olunacaq.
Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, tədbir Şota
Rustavelinin heykəlinin yanında və Marneuli Mədəniyyət Mərkəzinin
zalında keçiriləcək.
Tədbir çərçivəsində müxtəlif əyləncəli, maarifləndirici aktivliklər
baş tutacaq:
- Saat 14:00-14:05 – Abidəyə əklil
qoyulması
- Saat 14:05-14:15 – “Pələng dərisi geymiş pəhləvandan”
aforimzlər – Marneulinin 5 saylı ictimai məktəbi tərəfindən təqdim
olunacaq performans.
- Saat 14:20- 15 :00 – Tamaşa, dekorasiyalarla Şota
Rustaveli dövrünün canlandırılması, “Pələng dərisi geymiş
pəhləvandan” parçalar oynanılacaq. Tamaşada dəvət edilmiş aktyorlar
və Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən
“İberia” xoreqoraf ansamblının rəqqasları iştirak
edəcəklər.
Marneuli meriyası “Şotaoba 2023”-ün qeyd olunması üçün 11 690 lari
dəyərində tender elan edib. Tenderdə yeganə namizəd, Manana Nasidze
iştirak edib və meriyaya işləri 10 530 lariyə həyata keçirməyi
təklif edib. İndiki mərhələdə namizədlə müqavilənin hazırlanması
prosesi aparılır.
Marneuli Bələdiyyə Məclisi “Şotaoba” bayramının təyin edilməsini
2021-ci ilin 6 avqust tarixində dəstəkləyib. Bayramın təyin
edilməsi təşəbbüsü ilə Bələdiyyə Məclisi iclasında meriyann Təhsil,
Mədəniyyət, İdman və Gənclər Şöbəsinin rəhbəri Elquca Kupatadze
irəli sürüb və qeyd edib ki, “Şotaoba” xalq bayramı bələdiyyədə hər
il 20 noyabr tarixində qeyd olunacaq.
Qeyd edək ki, Marneulidə Şota Rustaveli abidəsinin rəsmi açılışı
2021-ci il 24 noyabr tarixində baş tutub. Abidənin alınması və
quraşdırılması bələdiyyəyə 112 520 lariyə başa gəlib.