"Regionlar Gürcüstan üçün" – etnik və dini azlıqlardan ibarət yeni partiya
Gürcüstan Parlamentinin müstəqil deputatı Tariel Nakaidze yeni– "Regionlar Gürcüstan üçün" partiyasını təsis edib. Siyasi partiyanın təsisetmə toplantısı19 noyabr tarixində baş tutub. Nakaidze toplantıda çıxışı zamanı bildirib ki, partiya konkret şəxslərdən ibarət olmayacaq və burada əsasən Gürcüstanda yaşayan etnik, dini azlıq nümayəndələri birləşəcəklər.

"Mən düşünürəm ki, bu hamını birləşdirəcək partiya olacaq. Ən çox çalışdığım bu idi ki, dostlarla təşkil etdiyimiz zaman hər şeyi maksimum nəzərə alaq, bu partiya təəssüf ki, Gürcüstanda partiyalarda əksər vaxtlarda olduğu kimi, kiminsə partiyası olmasın. Mən qəti şəkildə istəyirəm, mən Parlament deputatı titulu daşıyıram deyə bu Tarielin partiyasıdır deməsinlər. Bu bizim ermənilərin, azərbaycanlıların, çeçenlərin, dini, etnik azlıqların, bütün Gürcüstan gürcülərinin partiyasıdır. Bu partiya ölkəmizdə olan böyük zənginliyimiz, bu rəngarənglik üçün işləməlidir ki, bir növ inkişaf etdirsin, daha sonra onu real həyatda həyata keçirsin”, – Tariel Nakaidze bildirib.

“Regionlar Gürcüstan üçün” partiyasının sədri həmçinin, yeni siyasi partiyanın adının hansı prinsiplə seçildiyi haqqında da danışıb.

“Bu gün gürcü siyasəti qismən mərkəzləşdirilib, siyasi liderlər əsasən paytaxtdadır və müvafiq olaraq, regionların səsi, həmçinin, mətbuat da bu istiqamətdə çox az eşidilir. Hansısa hadisə baş verməzsə, kimsə cinayət törətməzsə, praktiki olaraq regionları heç kim xatırlamır. Azlıqlar heç xatırlanmır, yaxud az xatırlanır, ya da problem, münaqişə zamanı yada düşür. Bəzən Gürcüstanda regionlar çox neqativ baxımdan da işıqlandırılır. Ona görə də qərar verdik ki, biz illər ərzində regionların səsi olan, illər ərzində öz icmasını, regionunu, kəndini təmsil etməyə çalışan gənclər siyasətçilərə biz də bu ölkədə yaşayrıq, bizi də görün, bizim ehtiyaclarımız var, bu ehtiyacları görün desinlər. Bu gün düşünürəm ki, bu siyasi partiya bunu həyata keçirəcək”,
– “Regionlar Gürcüstan üçün” partiyasının sədri Tariel Nakaidze bildirib.

Partiyanın təsisetmə toplantısında təsisetmə orqanının – siyasi şuranın üzvlərini də seçiblər.

Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik:
  • Lika Lazişvili
  • Badri Nakaidze
  • Zaza Mikeladze
  • Mixeil Lazqinyan
  • Tozu Gülməmmədli
  • Temur Mikeladze
  • Qoça Dumbadze
  • Roin Nijaradze
  • Rauf Navruzalov
  • Ronald Şavadze
  • Tariel Nakaidze
  • Laura Qamğrelidze
  • Aslan Mikeladze
  • Qia Katamadze
  • Elnur Əliyev

Print Email
FaceBook Twitter Google