17 noyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində gənclərlə
müzakirə baş tutub.
“Azad ol” – Marneuli İcma Koalisiyası “Sağlam və təhlükəsiz gələcək
üçün” tərəfindən keçirilən tədbir belə adlanır.
Tədbirdə iştirakçıları gənclərdə psixotrop maddələrdən
istifadəsinin və digər antisosial davranışların qarşısının alınması
haqqında məlumatla tanış ediblər.
“Biz psixotrop maddələrdən istifadəsi və asılılıq
xəstəliyi haqqında müzakirə apardıq. İstəyirik ki, bu problemlə
bağlı daha çox məlumat verək. Daha sonra bu maddələrdən istifadə
edib-etməyəckləri arasında seçim etsinlər. Biz heç kimi məcbur edə
bilmərik, ancaq nə qədər çox məlumatları olsa, onların
düşünəcəklərinin, düzgün seçim edəcəklərinin ehtimalı
yüksəkdir”, – Narkoloq Tamar Sirbiladze deyir.
Marneuli İcma Koalisiyasının sədri Emilya Bayramovanın sözlərinə
görə, seminardan sonra gənclər üçün psixotrop maddələrdən istifadə
etmək mövzusunda üç nominasiyada – esse, video, foto və ya rəsm
nominasiyalarında müsabiqə elan olunacaq. Gənclər 30 noyabr
tarixinə qədər öz işlərini təqdim edə bilərlər.
Müsabiqədə seçiləcək yerlər:
- Ən yaxşı esse – I,II, III yer
- Ən yaxşı video – I,II, III yer
- Ən yaxşı rəsm və ya foto - I,II, III yer
“Bugünkü görüşün məqsədi gənclərə hansı zərərli
maddələrin olduğu, onların sağlamlığa və insan psixikasına nə
dərəcədə pis təsir göstərdiyi haqqında məlumat verməkdir. Görüş
bizim gənclərimizin daha təhlükəsiz gələcəyinin olması məqsədi ilə
baş tutdu. Marneulidə yaşayan və maraqlanan bütün şəxslər
koalisiyanın üzvüdürlər. İstəyi olan hər kəs bizə qoşula bilər. Biz
üç istiqamətdə işləyirik. Bu narkomaniya ilə mübarizə, qumar
oyunları və tütündür. Qeyd etməliyik ki, bizim görüşün əsas məqsədi
gənclər üçün müsabiqə təşkil etməkdir. Bu esse, video, foto
müsabiqə ola bilər. Bununla narkotik maddələrin nə dərəcədə ziyanlı
olduğunu göstərməlidirlər”, – Emilya Bayramova
bildirib.
Sağlam və təhlükəsiz gələcək üçün – Marneulidə İcma Koalisiyası bir
neçə aydır, yaradılıb. Koalisiya mətbuat, meriya, təhsil sahəsi və
müxtəlif təşkilatlardan 30-a yaxın nümayəndəni özündə birləşdirir.
Koalisiyanın yaradılmasına “Bemon” ictimai birliyi dəstək
göstərib.