22 noyabr tarixində Marneuli Kollecində gürcü müsəlmanlar haqqında məruzə keçiriləcək
Gürcüstan Strategiya və İnkişaf Mərkəzi Marneulidə gürcü müsəlmanlar haqqında məruzə keçirəcək. Təşkilatın məlumatına görə, ictimai məruzə 22 noyabr tarixində, saat 12:00-da Marneuli Kollecində, 26 may küçəsi 80 ünvanında baş tutacaq.

“GCSD “Gürcüstan məktəblərində multimədəni təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanda yaşayan etnik və dini azlıqlar haqqında məruzələr silsiləsinə başlayıb. Görüşdə iştirak etmək sərbəstdir”, – təşkilatın məlumatında qeyd olunub.

Layihə Gürcüstan Açıq Cəmiyyət Fondunun (OSFG) maliyyə dəstəyi ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google