Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsinə görə, gələn il
Marneuli meriyası bələdiyyə nəqliyyatının inkişafına 1 724 400 lari
xərcləməyi planlaşdırır.
Bələdiyyə nəqliyyatının inkişafı proqramına görə, proqram
çərçivəsində Marneuli bələdiyyəsinin avtoparkının fəaliyyətinə
dəstək olmaq məqsədi ilə ona subsidiya ayrılması, mövcud avtoparkın
yenilənməsi həyata keçiriləcək.
Bələdiyyə nəqliyyatının inkişafı üçün ayrılmış 1 724 400 laridən
900 000 lari “Marneuli bələdiyyə
avtoparkı” MMC-yə veriləcək.
“İndiki mərhələdə bələdiyyənin avtoparkının balansında
21 nəqliyyat vasitəsi var (Onlardan 17 avtobus, 4 mikroavtobusdur).
Hazırda “Marneuli bələdiyyə avtoparkı” MMC 19 marşrutla 45 kəndə
xidmət göstərir. İl ərzində daşınan sərnişin sayı təxminən 1 160
000 nəfər təşkil edir.
Proqram çərçivəsində Marneuli bələdiyyəsinin avtoparkının
fəaliyyətinə dəstək olmaq məqsədi ilə ona subsidiya
ayrılacaq”, – bələdiyyə nəqliyyat sisteminin
subsidiya proqramında yazılıb.
“Marneuli bələdiyyə avtoparkı”-na subsidiya ayrılması ilə yanaşı
Marneuli meriyası 2024-cü ildə bələdiyyə nəqliyyatına subsidiya
ayrılmasını da planlaşdırır. Yerli özünüidarə gələn il 824 400
lariyə əlavə 3 yeni avtobus almağı nəzərdə tutur.
Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə
əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə
Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında
məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini
CLOAKING
elektron poçtuna göndərə, yaxud
yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri,
Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.
Büdcənin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində
Marneuli meriyasında keçiriləcək. İctimai müzakirədə maraqlanan hər
kəs iştirak edə bilər.