Marneuli Bələdiyyə Məclisi bu gün, 5 mart tarixində baş tutan
iclasda bələdiyyədə fəaliyyət göstərən iki qeyri-hökumət
təşkilatına
Marneuli meriyasının balansında olan məkandan istifadə etmək
müddətinin uzadılmasını dəstəkləyib.
Bələdiyyə Məclisi iclasında meriyanın Əmlak İdarə Edilməsi və Maddi
texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov bildirib ki,
Şaumyan kəndində bələdiyyə balansında olan 180 kv.m bina-tikili var
və bələdiyyə onu “Şaumyan
Təhsil Mərkəzinə” verəcək.
“Bu mərkəz gənclərin inkişafı üçün müxtəlif layihələr
həyata keçirir”, – Aqil Əmircanov bildirib.
Meriya “Şaumyan İcma Mərkəzinə” binanı təmənnasız, 2 il müddətinə
verib.
Bələdiyyə Məclisi Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində
meirn nümayəndəsinin inzibati binasında olan 460,06 kv.m sahədən
396,81 kv.m sahədə “Uşaq, Ailə, Cəmiyyət” təşkilatı üçün 2 il
müddətin uzadılmasını dəstəkləyib.
Aqil Əmircanovun sözlərinə görə, təşkilat illərdir Marneuli
bələdiyyəsində fiziki imkanları məhdud uşaqlarla işləyir və meriya
onlara binadan istifadə etmək hüqunu əməkdaşlığı davam etdirmək
üçün verib.
Bu gün, 5 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında 8
məsələ müzakirəyə çıxarıldı. Bələdiyyə Məclisi üzvləri bütün
məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.