Marneuli Bələdiyyə Məclisinin 5 mart tarixində baş tutan iclasında
peşəkar dövlət işçilərinin davamlı təhsil planı təsdiq edilib.
İclasda məsələnin məruzəçisi, Marneuli İnzibati Xidmət rəhbəri
Mamuka Şubitidze bildirdi ki, Bələdiyyə Məclisi tərəfindən plan
təsdiqləndikdən sonra bələdiyyə konkret istiqamətlərin alınmasını
həyata keçirəcək.
“Bildiyiniz kimi, dövlət xidməti haqqında qanuna
əsasən, dövlət qurumu işçinin inkişafının qayğısına qalmağa
borcludur. Bununla bağlı 2024-cü il təhsil planının təsdiqi
haqqında sərəncamı Bələdiyyə Məclisinə təqdim edirik, ona əsasən
müəyyən məsələləri qeyd etmişik. Bu insan resurslarının idarə
edilməsi, yerli özünüidarəetmə məsələləri, audit, maarifləndirmə,
ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və müxtəlif
məsələlər istiqamətindədir. Sözügedən təhsil planı Bələdiyyə
Məclisi tərəfindən təsdiq olunduğu halda, müvafiq xidmət tərəfindən
konkret istiqamət götürüləcək və işçilərə qeyd olunan məsələ ilə
bağlı təlimlər keçiriləcək”, – Mamuka Şubitidze
bildirib.
5 mart tarixində Marneuli Bələdiyyə Məclisi iclasında 8 məsələ
müzakirəyə çıxarıldı. Bələdiyyə üzvləri bütün məsələlərlə bağlı
müsbət qərar qəbul etdilər.