Bu gün, 6 mart tarixində 1-ci siniflərin qeydiyyatına başlanılıb.
Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, 2024-2025-ci
tədris ilində Marneulinin 74 ictimai məktəbi maksimum 2200 şagird
qəbul edə biləcək. Onların açıqlamasına görə, məktəblərə hər il
təxminən 2000 birinci sinif şagirdi qeydiyyatdan keçir.
Təhsil Nazirliyinin məlumatına görə, 1 dekabr tarixinə qədər 6 yaşı
tamam olacaq uşaqlar birinci
sinifə qeydiyyatdan keçə
biləcəklər.
Qeydiyyatın ilkin mərhələsində, 2024-cü ilin 6 mart tarixindən 20
mart tarixinə qədər xüsusi təhsilə ehtiyac duyan uşaqlar
qeydiyyatdan keçə biləcəklər.
Xüsusi təhsilə ehtiyac duyan şagird olaraq hesab olunur:
- a) Fiziki məhdudiyyəti olanlar;
- b) İntellektual inkişaf pozuntusu
olanlar;
- q) Təhsil qabiliyyətinin pozuntusu;
- d) Sensor inkişafın pozulması (eçitmə və ya
görmə);
- e) Nitq inkişafının pozuntusu;
- v) Davranış və emosional pozuntu;
- z) Uzunmüddətli xəstəxanaya yerləşdirmə
ehtiyacı;
- t) Təhsildə sosial faktorlardan yaranmış çətinlikər və
bu çətinliklərə görə, milli təhsil planının tələblərinə uyğunlaşa
bilməmək;
- i) Autizm spektri.
Xüsusi təhsilə ehtiyac duymayan uşaqlar növbəti mərhələdə
qeydiyyatdan keçə biləcəklər.
Birinci sinifərin qeydiyyatı dörd mərhələdən ibarətdir.
Birinci sinifə qəbul üçün təqdim olunmalı sənədlər:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni
nümayəndəsnin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd
olunmalıdır. Ərizə Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci
maddəsi ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Qanuni
nümayəndənin şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda
müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa).
Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim
olunmalıdır).
- Şagirdin doğum şəhadətnaməsi yaxud şəxsiyyəti təsdiq
edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən
sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa
Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq
gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır).