Marneulidə məktəbi 1215 şagird bitirəcək
Marneulidə məktəbi 1215 şagird bitirəcək. “Marneuli” radiosuna bu barədə statistikanı Təshil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze verdi və bildirdi ki, “Son zəng” 20 may tarixində keçiriləcək.

“12-ci sinif şagirdləri üçün məktəb rəsmi olaraq 20 may tarixində başa çatır, ancaq “Son zəngi” bəziləri fərqli tarixdə qeyd edəcəklər”, – İrma Davadze bildirdi.

Birinci siniflər üçün yay tətili
27 may tarixində başlayacaq. Qalan şagirdlər üçün isə təhsil prosesi 14 iyun tarixində başa çatacaq.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google