Marneuli yerli özünüidarəsi yeni proyektor alacaq.
Marneuli meriyası proyektorun alınması üçün 5720 lari dəyərində
tender elan edib.
Meriyanın elan etdiyi tenderə görə, proyektorun divarda
işıqlandırma funksiyası, HDR dəstəyi və uzaqdan idarəetmə sistemi
olmalıdır.
Marneuli meriyası proyektorun alınması üçün 15 may tarixində tender
elan edib. Tender təklifinə əsasən, qalib şirkət müqavilə
imzalandıqdan sonra 10 gün ərzində proyektoru meriyaya təhvil
verməlidir.
Qeyd edək ki, Marneuli meriyası, həmçinin, meriya və Bələdiyyə
Məclisinin PR şöbələri üçün foto-video kameralar və onların
aksessuarlarının alınmasını planlaşdırır. Həmin tenderdə bir
şirkət, “Videoscope” MMC iştirak edib və
meriyaya texnikanı 48 855
lariyə almağı təklif edib. İndiki mərhələdə meriya və “Videoscope”
MMC arasında müqavilənin hazırlanması prosesi davam edir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.