Dünən, 20 iyun tarixində Marneuli bələdiyyəsində güclü külək
nəticəsində ağaclar yıxılıb və bir neçə yolu bağlayıb.
Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki,
meriyanın müvfiq xidmətləri dünən yola yıxılmış ağacları
təmizləyiblər.
Meriyanın İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatına görə,
təmizləmə işləri indiyə qədər davam edir. Meriyadan bildirirlər ki,
ziyanı hesablayacaq komissiya qrupları kəndlərə gediblər və
yerindəcə mövcud vəziyyəti araşdırırlar.
Meriyadan neçə kənddə ağacların yıxıldığını dəqiq bildirmirlər.
Fövqəladə Halların İdarəolunması Agentliyindən “Marneuli” radiosuna
bildiriblər ki, güclü külək nəticəsində Marneulidə heç kim xəsarət
almayıb və yolların təmizlənməsi prosesinə onların xidməti də
qoşulub.
Güclü küləyə görə elektrik enerjisi xətləri sıradan çıxıb.
“Energo-Pro-Georgia”-dan “Marneuli” radiosuna bildirdilər ki,
xətlərə bir neçə yerdə ziyan dəyib və buna görə Marneulinin bəzi
kəndlərinə elektrik enerjisi verilmir. Elektrik xətlərinin sıradan
çıxmasına görə Marneulinin Saimerlo kəndi və Marneuli şəhərində su
təchizatı da məhdudlaşdırılıb. Çünki içməli su nasosları
işləmir.